"Qarabağ" "Gefle"ni azarkeşlərin dəstəyi ilə məğlub edəcək"

16:21 - 1 Avqust 2013

Sedat Saini: "Rəqib Bakıda heç-heçə üçün mübarizə aparacaq"

 

“Qarabağ” son vaxtlarda Azərbaycanın ən güclü komandası olmağı bacarıb. Artıq neçə ildir ki, eyni baş məşqçi ilə işləyirlər. Oturmuş bir sistemləri var. Avropada oynadıqları 4 oyunda hələ məğlub olmayıblar".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Sedat Saini deyib. Saini rəqibin Bakıya heç-heçə üçün gələcəyini də vurğuladı:

 

"Bü gün isə “Gefle”ni azarkeşlərin dəstəyi ilə məğlub edəcəklərinə inanıram. Asan olmayacaq, amma “Qarabağ” bü gün gülən tərəf olacaq. Mən hesab edirəm ki, “Gefle”nin tək üstünlüyü, onların liqasının bir az tez başlamasıdır.  3 aydı hər həftə futbol oynayırlar və liqalarında da çox heç-heçə edən komandadırlar.  Mən belə fikirləşirəm ki, “Gefle” Bakıda heç-heçə üçün mübarizə aparacaq. Amma onu da deyim ki, “Gefle” “Pyast”dan çox güclüdür”.

Xəbər xətti