HK sədrinə kim əl qaldırdı? ARAŞDIRMA

15:43 - 2 Avqust 2013

Ramil Diniyev və Elvin Əsgərov imtahandan kəsildi
 
Polşada təlim-məşq toplanışında olmuş hakimlərin düşərgəsində maraqlı hadisələr baş verib. Sportal.az-ın əldə etdiyi bir sıra maraqlı faktlar var. Bunları diqqərtinizə çatdırırıq.
 
Gənc hakimlər Ramil Diniyev və Elvin Əsgərov Polşada verilən imtahanlarda keçə bilməyiblər. Bu səbədən də bu il Premyer Liqada hakim baxımındnan problemlərin yaranacağı artıq açıq-aşkar görünür. Belə ki, cəmi 5 hakim meydana çıxa biləcək. Bunlar Rauf Cabbarov, Əliyar Ağayev, Vüsal Əliyev, Fariz Yusifov və Rəhim Həsənovdur. Orxan Məmmədovun da xidmətindən istifadə olunub-olunmyacağı sual altındadır. Anar Salmanov da hələ bağışlanmayıb.
 
Digər maraqlı hadisə isə hakimbaşı ilə bağlıdır. Belə ki, hakimlərlə birlikdə Poşada olan laysman Anar Göyçayski HK-nin sədri Xaqani Məmmədovu döymək istəyib. Lakin, araya digər hakimlər girib. Səbəb isə belə olub: Xaqani Məmmədov Anar Göyçayskiyə irad tutub. Lakin laysman hakimbaşının bu iradını qəbul etməyib və ona “sən yaxşı komitə sədri olsaydın, bu qədər hakimin burdan qovulmazdı” deyə cavab verib. Bu cavabdan sonra tərəflər arasında mübahisə yaranıb. Anar Göyçayski Xaqanini vurmaq istəsə də, araya digər hakimlər girib.
 
Bundan öncə isə daha bir laysman Xaqani Məmmədovu döyməyə cəhd etmişdi. Lakin o vaxta hakimlər buna imkan verməmişdi. Mehman Mahmudov Krakov şəhərini gəzib qaydarkən Xaqani Məmmədov ona “kimdən icazə almısan?” deyə soruşduqdan sonra, Mahmudov cavabında “heç kimdən” deyə bildirmişdi. Bunun üstündə yaranan mübahisədən sonra laysman hakimbaşını döymək istəmiş, lakin digər hakimlərin köməkliyi ilə ara sakitləşdirilmişdi. 
 
Bundan sonra Xaqani Məmmədov onu düşərgədən qovacağını desə də, bunu bacarmamışdı.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti