"Bakı" futbolçularına Litva millisindən dəvət gəldi

12:43 - 7 Avqust 2013

İki oyunçu milli komandasına çağırıldı
 
Litva milli komandası Lüksemburqla yoldaşlıq oyunu keçirəcək.
 
Sportal.az xəbər verir ki, bununla bağlı litvalıların məşqçi heyəti "Bakı"nın iki futbolçusuna dəvət göndərib. Bunlar Mindauqas Kalonas və Deyvidas Çesnauskisdir. 
 
Qeyd edək ki, Lüksemburq – Litva yoldaşlıq oyunu 14 avqust tarixində baş tutacaq.

Xəbər xətti