Millimiz FİFA reytinqində irəlilədi

14:04 - 8 Avqust 2013

Türkiyə gerilədi
 
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisi iki pillə irəliləyərək 115-ci pilləyə qalxıb.
Qardaş Türkiyənin milli komandası reytinqdə bu dəfə bir pillə də geriləyərək 58-ci yerə düşüb.
 
Siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya ötən aykı pilləsini qoruyaraq ikinci, Kolumbiya isə üçüncüdür.
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan ölkələr də reytinq cədvəlində irəliləyib. Portuqaliya 7-ci (0), Rusiya 16-cı (+1), İsrail 63-cü (+1), Şimali İrlandiya 109-cu (+2), Lüksemburq isə 140-cı (+1) yeri tutur.

Xəbər xətti