"Bakı"dan "Qarabağ"a təbrik

12:21 - 9 Avqust 2013

Ağdam təmsilçisi "pley-off"da
 
“Qarabağ” futbol klubu Avropa Liqasında, səfərdə “Qefle”yə 2:0 hesabı ilə qalib gələrək novbəti mərhələyə yüksəldi.
 
Sportal.az xəbər verir ki, "Bakı" klubu rəsmi saytı vasitəsi ilə "Qarabağ"ı təbrik edib. Təbrikdə deyilir:
 
"Bakı" futbol klubunun rəhbərliyi, azarkeşləri və işçi heyəti adından “Qarabağ” klubunu Avropa Liqasının "pley-off" mərhələsinə yüksəlməsi münasibətilə təbrik edirik və  gələcək oyunlarda müvəffəqiyyətlər arzulayırıq".

Xəbər xətti