"Ayntraxt" əvvəlki gücündə deyil, amma ... "

17:31 - 9 Avqust 2013

Vəli Qasımov: "Qarabağ" bu rəqibin də öhdəsindən gələ bilər"

 

"Dünən "Qarabağ" layiqli mübarizə nəticəsində "Gefle"ni məğlub etdi. Artıq Ağdam təmsilçisi Avropada öz sözünü deməyə başlayıb. "Qarabağ" bu rəqibin də öhdəsindən gələ bilər".

 

Bu sözləri Sportal.az-a açıqlamasında veteran futbolçu Vəli Qasımov deyib. Qasımov "Ayntraxt"ın əvvəlki gücdə olmadığını bildirdi:

 

"Mən hesab edirəm ki, "Ayntraxt" hal-hazırda "Bavariya" və "Borussiya" klubları ilə müqayisədə geridə qalır. "Ayntraxt" əvvəlki gücündə deyil, amma rəqibi yaxşı analiz etmək lazımdı. Mənə elə gəlir ki, "Qarabağ" bizi sevindirməkdə davam edəcək".

Xəbər xətti