"Yeni oyunçular komandaya uyğunlaşmaqda çətinlik çəkirlər"

01:20 - 11 Avqust 2013

Bəxtiyar Soltanov: "Oyun istədiyimiz kimi keçmədi"

 

 

"Oyun istədiyimiz kimi keçmədi. Rəqib sıx oyuna üstünlük verirdi. Mərkəz xəttində etdikləri pressinq bizə hücumları qurmaqda çətinlik yaradırdı. "

 

 

Bu sözləri "Rəvan"ın futbolçusu Bəxtiyar Soltanov Sportal.az-a açıqlamasında bildirib. O, bildirib ki, məğlubiyyətin əsas səbəblərindən biri də komandanın azlıqda oynaması idi:

 

 

"İkinci hissədə aldığımız qırmızı vərəqə bütün oyun planımızı pozdu. Komandada yeni oyunçular çoxdur və onlar komandaya uyğunlaşmaqda çətinlik çəkirlər"

Xəbər xətti