Millimiz Estoniya yığmasına məğlub oldu

10:42 - 16 Avqust 2013

U-17 yoldaşlıq oyunu keçirib 

 

Tallinn şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Estoniyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə estoniyalı futbolçuların xeyrinə yekunlaşıb. Yığmamızın qollarını Elnur Cəfərov və Şahban Cəbrayılov vurub.

Xəbər xətti