Vladislav Qədirov: "5 qol buraxmağımıza baxmayaraq..."

20:56 - 18 Avqust 2013

"...qapıçımız yaxşı oynadı"
 
 “Rəqibi təbrik edirəm. Ağır məğlubiyyət aldıq. İlk dəqiqələrdə qol buraxmağımız pis oldu".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"ya 0:5 hesablı məğlubiyyətdən sonra "Rəvan"ın baş məşqçisi Vladislav Qədirov deyib. Qədirov qapıçının yaxşı oynadığını bildirib:
 
"Aparıcı oyunçumuz Miloş Adamoviç cəzalı olduğundan bugünkü oyunda iştirak edə bilmədi. 5 top buraxmağımıza baxmayaraq, qapıçımızın oyununu qeyd etməliyəm, yaxşı oynadı. Komandamız öz üzərində işləməlidir”.

Xəbər xətti