"Real"ın sabiq futbolçusu komandasını dəyişir

00:50 - 21 Avqust 2013

Lassana Diarra "Anji"dən ayrılır

 

“Anji”nin yarımmüdafiəçisi Lassana Diarra klubunu dəyişməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, maliyyə problemi ilə üzləşdiyi üçün aparıcı oyunçularını transferə çıxaran Mahaçqala klubunun fransalı futbolçusu Moskva təmsilçisi “Lokomotiv”ə keçə bilər.

Amma “Monako” da onun xidmətində maraqlıdır.

Xatırladaq ki, Diarra “Anji”yə ötən il keçib və 3+1 illik müqavilə bağlayıb. Transfer “Anji”yə 5,3 milyon avroya başa gəlmişdi.

Xəbər xətti