Millimizin futbolçusu "Rəvan"da

02:38 - 22 Avqust 2013

Ruminiyada ehtiyyatda qaldı, Bakıya qayıtdı

 

 

Transfer çalışmalarını davam etdirən “Rəvan” heyəti gücləndirmək yolunda addım atıb. Sportal.az xəbər verir ki, komanda Azərbaycan millisinin futbolçusu Elhad Nəzirinin keçidini həll edib.

Ruminiyanın “Petrolul” klubunun ehtiyat oyunçular skamyasının “üzvü” olan Nəziri “Rəvan”a azad agent statusu ilə gəlib. Buna səbəb futbolçunun Ploeşti təmsilçisinə lazım olmamasıdır. Rumıniyalılar komandaya heç bir fayda verə bilməyən legioneri komandada saxlamaqdansa, ondan imtinanı daha düzgün sayıb.

“Petrolul” rəhbərliyinə yeni oyunçunun “bacarığına” bələd olmaq üçün cəmi 6 ay kifayət edib. Bu ilin fevralından Moldovanın “Milsami” klubundan transfer olunan Nəziri ilə 3,5 illik müqavilə imzalansa da, anlaşmaya erkən xitam verilib. Nəticədə klubsuz qalan müdafiəçi Azərbaycana qayıtmağa məcbur olub. Ölkəmizdə heç vaxt Premyer Liqada oynamayan, yalnız əvəzedicilər və I dəstədə çıxış etmək imkanı olan arxa xətt oyunçusu çempionatının autsayderinin sıralarına keçərək, 1 illik müqavilə imzalayıb.
 

Xəbər xətti