Mourinyo türk forvarda elçi düşüb

01:03 - 24 Avqust 2013

Runinin yerinə Burak

 

“Qalatasaray”ın hücumçusu Burak Yılmaz “Çelsi”nin maraq dairəsinə düşüb. 

Sportal.az xəbər verir ki, Ueyn Runini transfer edə bilməyən London klubu bütün diqqətini məhz Buraka yönəldib. Baş məşqçi Joze Mourinyo 28 yaşlı futbolçunun mütləq alınmasını istəyib. Portuqaliyalı mütəxəssis Burakın ötən mövsümdəki çıxışını diqqət mərkəzində saxladığını deyib və onun “Çelsi”nin hücum xəttindəki problemi həll edəcəyinə inandığını əlavə edib.

Qeyd edək ki, Burakın hazırkı transfer dəyəri 25 milyon avrodur.

Xəbər xətti