"Malaqa" ilə oyunöncəsi "Barselona"da böyük itki

11:55 - 24 Avqust 2013

Komandanın lideri meydanda olmayacaq
 
“Barselona”nın lideri Lionel Messi komandasına növbəti turda kömək edə bilməyəcək. 
 
Sportal.az xəbər verir ki, katalonlar İspaniya çempionatının II turunda “Malaqa”nın qonağı olacaq. Argentinalı futbolçu zədə səbəbindən bu oyunu buraxacaq. “Marka” yazır ki, “Barselona”nın məşqçilər heyəti risk etmək istəmir və Messiyə meydana çıxmağa icazə verməyəcəklər. 
 
Qeyd edək ki, Messi İspaniya superkuboku uğrunda “Atletiko” ilə keçirilən final oyununda zədələnərək Neymarla əvəz olunub. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. 

Xəbər xətti