"Santyaqo Bernabeu"da Beyl üçün hazırlıqlar başladı FOTO

12:28 - 24 Avqust 2013

Futbolçu bu gün təqdim olunacaq
 
İspan mətbuatı artıq “Real”ın “Tottenhem”dən Qaret Beylin transferini reallaşdırdığını yazıb.
 
Sportal.az xəbər verir ki, AS qəzetinin məlumatına görə, “kral” klubunun ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” arenasında futbolçunun təqdimetmə mərasimi üçün hazırlıqlar başlayıb. Klub rəhbərliyi uelsli oyunçunun keçidini təsdiq etməsə də, qəzet iddia edir ki, transfer məsələsi həll olunub. Hətta Beylin bu gün futbol ictimaiyyətinə təqdim olunacağı deyilir. 
 
“Real”ın Beyl üçün “Tottenhem”ə 93 milyon funt ödəyəcəyi söylənsə də, qiymət tam açıqlanmır. Amma uelslinin transfer məbləğinin dünya futbol tarixində rekord olacağı bildirilir.  
 

Xəbər xətti