"Qarabağ" Qəbələyə yollanır

12:35 - 24 Avqust 2013

İlk və sonuncu məşq
 
"Qarabağ" bugün Qəbələyə yola düşür.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın IV turunda "Qəbələ"nin qonağı olacaq komanda eyniadlı rayona gedir. 2 gün öncə Avroliqanın "play-off" mərhələsində "Ayntraxt"la qarşılaşan komanda dünən istirahət etmişdi. Belə də komanda "Qəbələ"yə çatdıqdan sonra oyundan öncə ilk və sonuncu məşqinə çıxacaq. 
 
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu avqustun 25-də saat 18:00-da keçiriləcək. 

Xəbər xətti