"Real" Anhel Di Maria və Fabio Koentraunu satışa çıxardı

14:11 - 24 Avqust 2013

Rəhbərlik hər iki futbolçunu göndərmək istəyir
 
Qaret Beylin gəlişi “Real”ın bəzi futbolçularını yerindən edəcək. 
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi əsas heyət oyunçularından Anhel Di Marianı yola salmağı planlaşdırır. “Real” futbolçunu 40 milyon avro qarşılığında satışa çıxarıb. 
 
Deyilənə görə, rəhbərlik futbolçu ilə yollarını ayırmaq istəyir, amma baş məşqçi Karlo Ançelotti onun getməsinin tərəfdarı deyil. O, əvvəl açıqlamasında Di Marianın qalmasına etiraz etməyəcəyini deyib. Argentinalı oyunçu ilə “Arsenal”, PSJ və “Mançester Yunayted” yaxından maraqlanır. 
 
Onunla yanaşı, Fabio Koentrau da “Real”dan ayrılmaq niyyətindədir. Portuqaliyalı futbolçu üçün “Mançester Yunayted” və “Tottenhem” 20 milyon avro ödəməyə hazırdı.  

Xəbər xətti