"İnter"in futbolçusu Gürcüstan millisində

15:55 - 27 Avqust 2013

Sxadadze ilk dəfə milliyə dəvət aldı
 
"İnter”in futbolçusu Gürcüstan millisinə dəvət alıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər veri ki, bu gün Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi Temuri Ketsbaya dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Fransa və Finlandiya komandalarına qarşı keçiriləcək oyunlarda meydana çıxacaq futbolçuların siyahısını açıqlayıb. Siyahıda “İnter”in futbolçusu Baçana Sxadadzenin də adı var.
 
Qeyd edək ki, Sxadadze ilk dəfədir milliyə dəvət alır.

Xəbər xətti