"Ayntraxt" - "Qarabağ" oyunun hakimi bəlli oldu

12:51 - 28 Avqust 2013

Komandamız üçün portuqaliyalı hakim
 
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Ayntraxt" - "Qarabağ" matçının baş hakiminin adı açıqlanıb.
 
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Frankfurtda baş tutacaq görüşü portuqaliyalı referi Duarte Qomez idarə edəcək.
 
Qeyd edək ki, Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş 2:0 hesabı ilə Frankfurt təmsilçisinin xeyrinə başa çatıb. 

Xəbər xətti