Quti yenidən "Real"da

14:15 - 28 Avqust 2013

Bu dəfə futbolçu kimi yox, məşqçi kimi qayıtdı
 
“Real”ın sabiq yarımmüdafiəçisi Quti Hernandes yenidən komandasına qayıdır. 
 
Sportal.az xəbər verir ki, o, Madrid klubunun futbol akademiyasında işləyəcək. Quti hələ ki, baş məşqçi yox, “Real”ın U-11 komandasında məşqçi köməkçisi vəzifəsində çalışacaq.
 
İspaniyalı sabiq futbolçu bu il məşqçilik kurslarını bitirib. 
 
Qeyd edək ki, Quti 1995-2010-cu illərdə “Real”da çıxış edib. Daha sonra o, “Beşiktaş”a gəlib. 2011-ci ildə isə futbolçu karyerasını başa vurub. 

Xəbər xətti