"Sumqayıt" daha bir transfer etdi

18:07 - 28 Avqust 2013

Nodar Məmmədov yeni klubda
 
Azərbaycan Premyer Liqasının V turunda “Rəvan”la qarşılaşacaq “Sumqayıt” növbəti transferini həyata keçirib. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi məhz “Rəvan”dan qovulan Nodar Məmmədovu heyətinə qatıb. 25 yaşlı futbolçu “Sumqayıt”la 2 illik müqavilə imzalayıb.

Karyerası ərzində “Rəvan”dan öncə “Şahdağ”, “Qarabağ”, MOİK, “Muğan” və “Qəbələ”də çıxış etmiş Nodar 4 dəfə millimizin formasını geyinib.
 

Xəbər xətti