"Rəvan"dan daha 3 transfer: iki yerli, bir əcnəbi

16:25 - 29 Avqust 2013

Yeni oyunçularla müqavilə bağlandı
 
"Rəvan” heyəti gücləndirməkdə davam edir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün daha 3 futbolçunun transferini rəsmiləşdirdi. Bunlar qapıçı Kamal Bayramov və yarımmüdafiəçilər Cəmşid Məhərrəmov ilə Kristian Torresdir.
 
Son mövsümü Qərb bölgəsinin təmsilçilərində - uyğun olaraq "Turan” və "Kəpəz”də keçirmiş yerli futbolçularla 2 illik müqavilə imzalanıb. 2011-ci ilin yayından etibarən 1,5 il ərzində komandanın şərəfini qorumuş, son qış "transfer pəncərəsi”ndə "Qarabağ”a keçərək ölkə çempionatının gümüş medallarını qazanmış argentinalı pleymeykerlə isə müddəti mövsümün sonuna qədər olan saziş imzalanıb. 

Xəbər xətti