"Sərgilədiyimiz oyun xoşuma gəlmədi"

00:03 - 1 Sentyabr 2013

Vladislav Qədirov: "Komandamı oyuna kökləmək çox çətin idi"
 
"Rəvan"ın baş məşqçisi Vladislav Qədirov  Premyer Liqanın 5-ci turunun "Sumqayıt"la oyununu şərh edib.
 
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Komandanı oyuna kökləmək çox çətin idi. Qələbə qazanmağımız xoş oldu. Bütün futbolçularımı bu qələbəyə görə təbrik edirəm. Düzdü, üç xal qazanmağımız çox vacibdi. Amma sərgilədiyimiz oyun xoşuma gəlmədi”.

Xəbər xətti