"Qarabağ" azarkeşləri həm döyüldü, həm də cərimələndilər

01:02 - 1 Sentyabr 2013

Alman fanatları təmsilçimizin azarkeşlərini döyüblər

 

Bu həftə Avroliqada təmsilçimiz Frankfurtda "Ayntraxt"ın qonağı olub.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, həmin oyunda təmsilçimizi 500-ə yaxın azarkeş dəstəkləyirdi, matç başlamamışdan öncə isə Avropadan "Qarabağ"ı dəstəkləməyə gələn azarkeşlərlə yerli azarkeşlər arasında mübahisə yaranıb.

 

Mübahisə zamanı təmsilçimizin azarkeşləri almanlar tərəfindən döyülüb. Bu azmış kimi, "Qarabağ" azarkeşləri almanları məhkəməyə şikayət etsələr də, məhkəmə təmsilçimizin fanatlarını 250 avro məbləğində cərimələyiblər

Xəbər xətti