"Rəvan" "Qarabağ"la oyunun hazırlıqlarına start verdi FOTOREPORTAJ

10:58 - 4 Sentyabr 2013

Məşq Vladislav Qədirovun başçılığı altında baş tutub
 
"Rəvan” Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt”a qalib gəlmişdi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "siğortaçılar" cari mövsüm ilk qələbəsini qazandığı görüşdən sonra baş məşqçi Vladislav Qədirovun istəyi ilə futbolçulara 2 günlük istirahət verilmişdi. Komanda üzvləri bu gündən yenidən hazırlığa başlayıb.
 
"Bayıl Arena”da baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşq 2 hissəyə ayrılıb. Belə ki, hazırlığın əvvəli fiziki hazırlığın yüksəldilməsinə hesablanmış təmrinlərlə olub. Ardından isə futbolçular taktiki-texniki hazırlığa keçib. Toplu çalışmalar komanda üzvləri, xüsusən də yeni transferlər arasındakı qarşılıqlı anlayışı yüksəltməyə hesablanmış formada olub. Xuan Manuel Varea da fərdi məşqlərə başlayıb. Qolkiperlər isə qapıçılar üzrə məşqçi Kamil Qafarovun rəhbərliyi altında çalışıb.
 
Qeyd edək ki, "Rəvan" 6-cı turda "Qarabağ"ı qəbul edəcək.
 

Xəbər xətti