"Milan" azarkeşlərinə şok xəbər

12:55 - 4 Sentyabr 2013

Mbaye Nyanqı Çempionlar Liqasında oynaya bilməyəcək

 

Çempionlar Liqasına iştirak ərizəsini yollayan İtaliyanın "Milan" klubu səhvə yol verib.

 

Sportal.az xəbər verir ki, klubun direktoru Umberto Qandini sənədlərin hazırlanması zamanı qırmızı-qaraların üzvü Mbaye Nyanqı A siyahısına salmayıb. Buna səbəb isə siyahıdakı yerlərin dolmasıdır. Halbuki, Qandini adı  siyahısında olan Stefan Əl Şaraavini gənc olduğundan B siyahısına sala bilərdi. Məhz, bu səbəbdən Nyanq bu mövsüm Çempionlar Liqasında forma geymək şansından məhrum olub.

 

Qandi isə azarkeşlər və klub rəhbərliyindən səhvinə görə üzr istəyib.

Xəbər xətti