Türkiyə millisində şok itki

00:07 - 6 Sentyabr 2013

Fatih Tərim Andorra ilə oyundan danışdı

 

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah Andorra ilə qarşılaşacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Fatih Terim oyun öncəsi keçirilən mətbuat konfransında deyib.


Belə ki, xəstə olduğu üçün məşqlərdə iştirak edə bilməyən Səlçuk İnan sabahkı oyunda da komandasına kömək edə bilməyəcək. 

Terim “Qalatasaray”lı yarımmüdafiəçini Rumıniya ilə oyuna qədər hazırlamağa çalışacaqlarını bildirib:

“Start heyətimiz bəllidir. Ancaq bir nəfərlə bağlı bir az şübhələrim var. Onun da adını indi açıqlamayacam. Səlçuk xəsdətir, yatır. Onun bu vəziyyətdə sabahkı oyunda iştirak etməyi çox çətindir. Çalışacağıq ki, Rumıniya ilə oyuna kimi Səlçuku tam hazır hala gətirək”.

Qeyd edək ki, Türkiyə - Andorra qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da Türkiyənin Kayseri şəhərindəki “Kadir Has” stadionunda keçiriləcək.
 

Xəbər xətti