Daniel Alveş "Barselona"dan gedəcək

12:19 - 6 Sentyabr 2013

Təcrübəli müdafiəçi klubunu dəyişəcək
 
“Barselona” növbəti yay braziliyalı müdafiəçi Daniel Alveşi satmağı planlaşdırır.
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı futbolçu ilə müqavilə yenilmək niyyətində deyil. Alveşlə”Barselona”nın müqaviləsi 2015-ci ilin yayına qədər nəzərdə tutulub. Belə olan halda klub mövsümün sonunda futbolçu üçün gələn təklifləri nəzərdən keçirəcək. 
 
Qeyd edək ki, Alveş ilə PSJ yaxından maraqlanır.

Xəbər xətti