Valdesin yerinə 3 namizəd

13:37 - 6 Sentyabr 2013

Ondan sonra "Barselona"nın qapıçısı kim olacaq?
 
“Barselona” mövsümün sonunda komandanı tərk edəcək Viktor Valdesin yerinə qapıçı axtarışlarını davam etdirir. 
 
Sportal.az xəbər verir ki, İspaniyanın idman qəzetləri Valdesin gedişindən sonra “Barselona”nın əsas qapıçısı olmağa namizədlərin adlarını açıqlayıb. Qəzetlərin yazdığına görə, katalonlar “Borussiya”nın (Münhenqladbax) qolkiperi Ter Şteqen, “Çelsi”yə məxsus, amma icarə əsasında “Atletiko”da çıxış edən Tibo Kurtua və “Nyulls Old Boys”un çərçivə qoruyucusu Nauel Quzmanla maraqlanır. 
 
21 yaşlı Ter Şteqenin “Borussiya” ilə müqaviləsini uzatmaqdan imtina etməsindən sonra onun “Barselona” ilə danışıqlar apardığı, amma ispanların daha çox Tibo Kurtuanı istədiyi irəli sürülüb. Hətta onunla danışıqların müsbət nəticələndiyi bildirilir. Bu arada “Barselona”nın baş məşqçisi Xerardo Martinonun isə “Nyulls Old Boys”un 27 yaşlı qapıçısı Nauel Quzmanı komandasına gətirmək istədiyi də yayılan xəbərlər arasındadı.  

Xəbər xətti