"İnanmıram ki, millimiz 3 xalı rəqibə hədiyyə etsin"

12:15 - 7 Sentyabr 2013

Zaur Ramazanov: "Səfərdən heç-heçə ilə qayıda bilərik"

"Millimiz səfərdə heç-heçə əldə edə bilər. Bu da komandamızın necə oynayacağından asıldır".

Bu sözləri Sportal.az-a açıqlamasında veteran futbolçu Zaur Ramazanov deyib. Ramazanov yığmamızın asan təslim olmyacağını bildirib:

"Bilirik ki, İsrailə də 3 xal lazımdır. Onlar DÇ-2014-ə getməyə namizaədlərdən biridir. Amma bu o demək deyil ki, yığmamız onlara 3 xal hədiyyə edəcək. Komandamız əzmkar oynasa, istəkli oynasa, ən azından səfərdən bir xalla qayıda bilərik".

Xəbər xətti