"Hər klub "Real"ı məğlub etmək istəyər"

11:18 - 13 Sentyabr 2013

Qaret Beyl "Qalatasaray"la oyundan danışdı
 
"Hər klub "Real"ı məğlub etmək istəyər. Biz də sadəcə Çempionlar Liqasını deyil, bütün kubokları qazanmaq istəyirik. "Real" kimi klubların hər matçda üzərində təzyiq olur. Çempionlar Liqasına "Qalatasaray"ı məğlub edərək  başlamaq istəyirik".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Real"ın yeni transferi Qaret Beyl deyib.
 
Zədəsinə görə bir müddət futboldan uzaq qalan uelsi yarımmüdafiəçi artıq özünü yaxşı hiss etdiyini bildirib:
 
"Bir həftə milli ilə məşqlərə çıxdım. Madriddə Ançelotti məni yaxşı qarşıladı. Sadəcə iki gündür burdayam, amma oynamaq üçün hazıram. Ümid edirəm ki, qısa müddət ərzində forma geyərəm".

Xəbər xətti