Etame dubl etdi, "XL" ilk qələbəsini qazandı YENİLƏNİB

20:52 - 14 Sentyabr 2013

Cənublular ilk qələbəsini qazana biləcək?
 
Premyer Liqada VI turun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, məlum olduğu kimi bu turun oyunları 4 gün ərzində keçirilir. Üçüncü oyun günündə də bir qarşılaşma nəzərdə tutulub. Belə ki, “Xəzər Lənkəran” doğma divarlar arasında “Bakı”nı qəbul edəcək. Turnir cədvəlinin autsayderi olan cənub klubu son 3 turu məğlubiyyəsiz başa vuran Milinko Pantiçin komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunda Con Toşakın komandası ilk qələbəsini qazanmağa, "Bakı" isə uğurlarının davamını gətirməyə çalışacaq. 
 
Qeyd edək ki, tura sabah baş tutacaq iki oyunla yekun vurulacaq.
 
Premyer Liqa: 6-cı tur
 
14 sentyabr
 
19:00. “Xəzər Lənkəran” – “Bakı” 2:1 
Qollar: Kalonas,7 - Etame, 27,47
Baş hakim: Ramil Diniyev, Rza Məmmədov, Elşən Acalov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov , Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-İnspektor: Kərim Ağayev
Lənkəran şəhər stadionu 

Xəbər xətti