"Torino" - "Milan" oyununda ayağı sındı

14:55 - 15 Sentyabr 2013

Futbolçunun sağ ayağında qırıq aşkarlandı
 
“Torino”nin forvardı Marselo Larrondonun ayağı sınıb.
 
Sportal.az xəbər verir ki, bədbəxt hadisə dünən İtaliya çempionatının III turu çərçivəsində “Milan”la keçirilən oyunda baş verib. Futbolçu uzun müddət ağrıdan yerdə qalıb, amma görüşün baş hakimi oyunu dayandırmayıb. 
 
Sonradan meydana daxil olan həkimlər Larrondonun sağ ayağında qırıq olduğunu aşkarlayıb. Futbolçu xərək vasitəsilə meydandan çıxarılıb və ayağına gips qoyulub. 
 
Qeyd edək ki, oyun isə 2:2 hesabı ilə bitib. 

Xəbər xətti