Millimiz Portuqaliyanı "Bayıl Arena"da qəbul edəcək

01:20 - 19 Sentyabr 2013

Yığma komandamızın oyunlarının vaxtı açıqlandı

 

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi iki oyunun başlanma vaxtı və stadionu müəyyənləşib. 

Sportal.az xəbər verir ki, yığmamızın oktyabrın 10-da Norveçin Drammen şəhərindəki “Marienlyst” stadionunda Norveçlə keçirəcəyi oyunu saat 20.00-da, oktyabrın 15-də Bakıdakı “Bayıl Arena”da Portuqaliya ilə matçı isə saat 16.00-da başlayacaq.

Xəbər xətti