Saşa oynadı, Arif izlədi

02:11 - 20 Sentyabr 2013

"Dənizlispor" məğlub oldu

 

 

Türkiyə birinci liqasında 5-ci turun oyunları keçirilib.

 

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvləri Saşa Yunisoğlu və Arif İsayevin formasını geyindiyi “Dənizlispor” klubu “Bucaspor”un qonağı olub. Arifin forma geyinmədiyi matçda Saşa 90 dəqiqə oynayıb. Oyun isə Buca klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, Dənizli klubunun aktivində 4 xal var və komanda 15-ci yerdə qərarlaşıb.

Xəbər xətti