"Şahdağ" rəqibini darmadağın etdi

01:00 - 22 Sentyabr 2013

Legionerlər "Şuşa"ya qələbə qazandırdı
 
 
 Azərbaycan Birinci Divizionda 2-ci turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha üç görüş baş tutub.“Şuşa” səfərdə “Bakılı”nı məğlub edib. “Şahdağ” və MOİK isə doğma meydanda müvafiq olaraq “Energetik” və “Mil-Muğan”dan üstün olublar. Qusarlılar Mingəçevir təmsilçisinin qapısından 5 cavabsız top keçirib. Hərbçilər isə İmişli təmsilçisini minimal hesabla üstələyiblər.
 
Birinci Divizion
2-ci tur
21 sentyabr
 
"Bakılı" – "Şuşa"– 0:2
Qollar: Kristofer Nkansah, 62; 89.
 
MOİK - "Mil-Muğan" – 2:1
Qollar: Ramil Əliyev, 64, Məhəmməd Bədəlbəyli, 76 - Elgün Hüseynli, 51.
 
"Şahdağ" – "Energetik" – 5:0
Qollar: Sərxan Ağayev, 17-pen, Faiq Ağarəhimov, 35, Emin Əmiraslanov, 51; 73, Yusif Yusifzadə, 87.

Xəbər xətti