Balotelli cəzalandırıldı

00:08 - 24 Sentyabr 2013

İtalyan hücumçu üç həftə komandasına kömək edə bilməyəcək
 
A seriyasının Nizam-İntizam Komitəsi "Milan"ın hücumçusu Mario Balotellini 3 oyunluq cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, buna futbolçunun "Napoli" ilə matçdan sonra hakim Luka Bantiylə mübahisəsi səbəb olub. Beləliklə, Balotelli "Bolonya", "Sampdoriya" və "Yuventus"la görüşləri buraxmalı olacaq. "Milan"ın apellyasiya vermək hüququ var. Qeyd edək ki, Mario Bantiyə etirazını bildirdiyinə görə qırmızı vərəqə almışdı. Onun həmin qarşılaşmada karyerasında ilk dəfə penaltini dəqiq yerinə yetirə bilmədiyini də əlavə edək.

Xəbər xətti