Ruslansız "Rubin" xal itirdi VİDEO

01:27 - 27 Sentyabr 2013

Millimizin futbolçu oyunu skmayadan izlədi
 
Azərbaycan millisinin üzvü Ruslan Abışovun çıxış etdiyi "Rubin" (Kazan) ötən gün Rusiya Premyer Liqasında növbəti matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, Kazan təmsilçisi X turda doğma meydanda "Dinamo" (Moskva) ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib - 2:2. "Rubin"in baş məşqçisi Kurban Berdıyev bu oyunda da Ruslana şans verməyib. Adı "18-liy"ə daxil edilən Abışov görüşü ehtiyatdan izləyib. Bu heç-heçədən sonra xalını 13-ə yüksəldən "Rubin" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 

Xəbər xətti