"Qalatasaray"ın yeni baş məşqçisi müəyyən olundu

18:16 - 27 Sentyabr 2013

 
Droqba baş məşqçilik postuna keçdi
 
"Qalatasaray" baş məşqçi tapana kimi yoluna futbolçusu ilə davam edəcək.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kot Divuar yığmasının və "Qalatasaray" klubunun forvardı Didye Droqba Fatih Terimi əvəz edəcək. 
 
Növbəti oyunlara komandanı baş məşqçi kimi Droqba çıxardacaq.
 
Bu proses "Qalatasaray"a yeni baş məşqçi təyin olunana qədər davam edəcək.
 
Qeyd edək ki, Fatih Terim bu yaxınlarda klubdan kənarlaşdırılıb.

Xəbər xətti