"Fənərbaxça"nın prezidentliyə ilk namizədi bəllidir

01:12 - 6 Oktyabr 2013

Aziz Yıldırım namizədliyini verməyəcək
 
Bildiyiniz kimi, “Fənərbağça” avrokuboklardan kənarlaşdırıldıqdan sonra klubda növbədənkənar prezident seçkisi keçirmək qərarı alındı.
 
Sportal.az xəbər verir ki, noyabrın 2-də baş tutacaq seçkidə hazırkı prezident Aziz Yıldırımın namizədliyini verməyəcəyi gözlənilir. Artıq “sarı-lacivərdlilər”də prezidentliyə ilk namizəd bəlli olub. Bu idarə heyətinin üzvü Yamen Uzundur. Uzun namizədliyini artıq rəsmi şəkildə təqdim edib və gələn həftənin ikinci günü bununla bağlı iclas keçirəcəyini deyib. 

Xəbər xətti