Millimizin üzvü hesabı açdı, komandası qələbə qazandı

14:47 - 6 Oktyabr 2013

Rüfət Dadaşov növbəti qoluna imza atıb
 
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern II” “Ulm”u qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 80-ci dəqiqədə millimizin üzvü açıb. İkinci qolu isə 7 dəqiqə sonra Rikki Pinheyro vurub.
 
Qeyd edək ki, Regional Liqanın Cənub-Qərb zonasında çıxış edən “Kayzerslautern II” 11 oyundan sonra 20 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti