Foqts proqramda dəyişiklik etdi

22:35 - 7 Oktyabr 2013

Sadəcə bir məşq mətbuata açıq olacaq

 

Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının məşq cədvəlində dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, oktyabrın 8-də millinin mətbuat və azarkeşlər üçün, əvvəlcədən nəzərdə tutulduğu kimi, 2 deyil, 1 məşqi keçiriləcək. Saat 11:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək məşq mətbuat və azarkeşlər üçün açıq olacaq. 

Xəbər xətti