Sxadadzenin yetirmələri artıq Gürcüstandadır

18:15 - 8 Oktyabr 2013

"İnter" bu gün məşqə çıxacaq

 

Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" komandası təlim-məşq toplanışı keçirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki,  səhər saatlarında Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gələn komanda "Golden Palace" otelində məskunlaşıb.

Kaxaber Tsxadadzenin komandası bu gün Bakı vaxtı ilə saat 18.00-da məşqə çıxacaqlar.

Əlavə edək ki, "İnter" toplanış çərçivəsində yoldaşlıq matçı da keçirməyi planlaşdırır. Rəqib komandanın adı tezliklə məlum olacaq.

Qeyd edək ki, "İnter" oktyabrın 13-də vətənə dönəcək və növbətin turun oyununa "Şəfa" stadionunda hazırlaşacaq.

Xəbər xətti