"Bavariya"dan yeni rekord

01:14 - 10 Oktyabr 2013

Alman klubu 400 milyon avro qazanıb
 
Karl-Haynts Rumenigge bildirib ki, bu ilin hesabatına əsasən klubun gəliri rekord şəkildə 400 milyon avro təşkil edib.
 
Sportal.az xəbər verir ki, öncəki rekord münhenlilər tərəfindən keçən mövsüm 332,2 milyon avro məbləğində gəlirlə müəyyənləşdirilmişdi.
Qeyd edək ki, yalnız atribut satışında "Bavariya" 85 milyon avrodan çox gəlir əldə edəcək.
Rumeniggenin sözlərinə əsasən "Bavariya"nın iqtisadi gücünün artmasında keçən mövsüm əldə edilən "qızıl trebl"ın çox böyük rolu olmuşdur.

Xəbər xətti