"Ruslan Abışovun yeri meydanda görünəcək"

12:56 - 11 Oktyabr 2013

Vəli Qasımov:"Bu gün milli komanda qalib gəlməlidir"
 
"Bu gün mənə elə gəlir ki, milli komandamız yaxşı nəticə əldə edəcək. Yaxşı nəticə deyəndə qələbə lazımdır. Komandamızın qrupda xallarını artırmaq üçün əla şans var, bu gün milli komanda qalib gəlməlidir"
 
Bu sözləri təcrübəli futbol mütəxəssisi Vəli Qasımov Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin Ruslan Abışovun oynamamsına da şərh verib:
"Ruslan Abışov həmişə komandaya lazım olan futbolçudur, amma bu gün də yəqin onun yerinə adam tapacaqlar. Mənə elə gəlir ki, bu gün Ruslanın yeri meydanda görünəcək. Ancaq bu da millimizin qalib gəlməyinə təsir etməyəcək".

Xəbər xətti