"Baş məşqçi icazə versə, bu dəqiqə əsas komandaya qayıdaram" MÜSAHİBƏ

14:35 - 11 Oktyabr 2013

Flavio:"Çempion ola bilərik, amma..."
 
"İnter"in yarımmüdafiəçisi Flavio Bek Juniorun Sportal.az-a müsahibəsi:
 
- "İnter"in ilk dövrədəki çıxışını necə dəyərləndirirsən?
- Çempionata istədiyimiz kimi başlamadıq, lakin son iki oyunda qələbə qazandıq. İnanıram ki, vəziyyətimizi yaxşılaşdırıb iddialı yerlərdən birinə sahib olacağıq.
 
-  Komandanın ilk dövrədəki uğursuzluğunun səbəbi nədir?
- Komandaya yeni oyunçular gəlib və komanda uyğunlaşma prosesini keçirdi. 
 
- İlk oyunlarda səni meydanda görə bilirdik, lakin sonrakı oyunlarda isə yox. Niyə oynamırsan ?
- Baş məşqçi məni əvəzedici heyətə göndərib.
 
- Baş məşqçi ilə problemin olub?
- Yox, sadəcə məni əvəzedici heyətə göndərdi. Baş məşqçi ilə bu barədə söhbətim olmayıb.
 
- Yenidən əsas komandaya qayıdacağına inanırsan?
- Bilmirəm, amma mən komandama turnir cədvəlində irəliləmək üçün köməyə hazıram. Baş məşqçi icazə versə, mən  bu dəqiqə əsas komandaya qayıdaram.
 
- Əgər əsas heyətə qayıtmasan, mövsümün sonunda "İnter"dən ayrılmağı düşünürsən?
- Mənim ikiilik müqaviləm var. Tərk etməyi düşünmürəm, məncə, bu barədə fikirləşmək üçün hələ tezdir.
 
- Çempionatımzda hansı komandaları çempionluğa  iddialı sayırsan?
- Çempionatda güclü komandalar çoxdur. Anca fikrimcə çempionluğa iddialı 5 komanda var:"Neftçi", "İnter", "Qarabağ", "Bakı" və "Qəbələ"
 
- "İnter"in çempionluq şanslarını necə dəyərləndirirsən?
- Çempion ola bilərik, amma indidən sonra lazımsız xallar itirməməliyik.
 
Ayaz İbrahimov

Xəbər xətti