"Napoli" braziliyalı hücumçu alır

17:50 - 14 Oktyabr 2013

Damiao karyerasını İtaliyada davam etdirə bilər

“Napoli” qışda heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, İtalyanlar Braziliya yığmasının və “İnternasional”ın üzvü Leandro Damiaonu sıralarına qatmaq istəyirlər. Qeyd edək ki, Neapol təmsilçisi “sambaçı” ilə hələ yayda maraqlanırdı. Ancaq həmin vaxt Damiaonu klubu satmamışdı. Ancaq bu dəfə braziliyalılar təklifi qəbul etməyə hazırdırlar. Bu mənada, Damiaonun qışda “Napoli”yə keçəcəyi gözlənilir. 

Xəbər xətti