Rusiyanın futbolçusu nədən narazı qalıb?

01:20 - 15 Oktyabr 2013

"Ötən oyunda mən meydanda olmamışdım"
 
Rusiya millisinin futbolçusu Roman Şirokov sabah Azərbaycan millisi ilə keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, “Zenit”in yarımmüdafiəçisi yığmamızın gücləndiyini deyib.

Şirokov meydançanın ot örtüyündən də narazı qaldığını bildirib: “Ötən oyunda mən meydanda olmamışdım. İlk matçla müqayisədə komandanız güclənib. Ot örtüyü yaxşı vəziyyətdə deyil. Amma nə edə bilərik. Başqa stadion da yoxdu”.

Xəbər xətti