"Foqts postunda qalacaq"

22:54 - 16 Oktyabr 2013

ORT:"Berti Foqts Azərbaycanda birmənalı qarşılanmır"
 
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində ötən gün keçirilmiş Azərbaycan - Rusiya görüşünü canlı yayımlayan Rusiyanın İctimai Televiziyasının şərhçisi oyunun 62-ci dəqiqəsində maraqlı fikirlə yadda qalıb.
 
Sportal.az xəbər verir ki, onun sözlərinə görə, Şimali İrlandiya üzərində 2:0 hesablı qələbədən sonra baş məşqçi Berti Foqtsun postunda qalacağı dəqiqləşib:
 
"Berti Foqts Azərbaycanda birmənalı qarşılanmır. Son dövrlərə qədər çox tənqid olunub. Amma Şimali İrlandiya üzərində qələbədən sonra ona münasibət dəyişdi. Alman məşqçinin postunda qalacağı gözlənilir. Çünki, Foqts müəyyən mənada millidə dəyişiklik etməyi bacarıb. Azərbaycan indi daha yaxşı təsir bağışlayır”.

Xəbər xətti