"Qalatasaray"ın futbolçusundan şok qərar

00:21 - 18 Oktyabr 2013

Sneyder komandadan ayrıla bilər
 
 
"Qalatasaray"ın Hollandiyalı ulduzu Sneyderin dövrə arasında "Çelsi" forması geyməsinə qəti gözüylə baxılır
 
Sportal.az xəbər verir ki,  Sneyderin yanvar ayında "Çelsi"  ilə müqavilə imzalamasındakı problemlərin həll olunduğu irəli sürüb. Mourinyonun xüsusilə istədiyi bu transferdə futbolçu ilə klub arasında razılaşma təmin edildiyini vurğulayan qəzetlər "Qalatasaray"ın da bu futbolçudan təxminən 15 milyon Avro qazanacağını bildirib.
İspanlara görə Sneyderin "sarı-qırmızılılar"dan ayrılmaq istəməsində iki əhəmiyyətli faktor rol oynadı. Birincisi, Mourinyonun keçmiş oyunçusunu komandasında görmək istəməsi. İkincisi isə Hollandiya Milli komandasının baş məşqçisi Luis Van Galın 2014 Braziliya Dünya Kubokunu düşünərək bu oyunçunun daha güclü bir liqada oynayaraq hazır hala gəlməsini istəməsi. 
Yaşanan bu hadisələr üzərinə Mourinyonun da keçdiyimiz həftə Sneyder ilə bir telefon görüşməsi etdiyi və "zədaganlar"ın rəsmi təklifini özünə çatdırdığı ifadə edilir. Transfer etmək istədiyi oyunçularla şəxsi görüşmə etməklə bilinən Portuqaliyalı məşqçinin Sneyderdən gələn müsbət cavab üzərinə bu işin bitdiyini "Çelsi" rəhbərliyinə çatdırdığı da gələn iddialar arasındadır.

Xəbər xətti