"Rəvan"ın heyətində yeni futbolçular

00:55 - 18 Oktyabr 2013

Sapela və Savankulov komandaya qoşulublar
 
"Rəvan” Premyer Liqanın II dövrəsinin ilk, ümumilikdə çempionatın X turunda səfərdə "Neftçi” ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, "Bakcell Arena”da keçiriləcək görüş həm də komandanın yeni baş məşqçi Şahin Diniyev ilə ilk rəsmi sınağı kimi tarixə düşəcək.

Artıq bir həftədir yetirmələrini yaxından tanımaq imkanı əldə edən təcrübəli mütəxəssis də məşqlərdə futbolçularının hazırlığını ciddi nəzarətdə saxlayır. Həftənin əvvəlindən sırf "Neftçi” ilə oyunun hazırlıqlarına başlayan "aslanlar” intensiv qrafiklə çalışır. "Bayıl Arena”da keçirilən məşqlərdə artıq komandanın bütün üzvləri iştirak edir. Üstəlik, əvəzedici heyətdən Yamin Ağakərimzadə və Samir Əhmədov da əsas heyətə cəlb olunub. 

Belə ki, müxtəlif səbəblərdən vətənlərinə yollanmış polşalı qapıçı Lukaş Sapela və tacik müdafiəçi Sohib Savankulov da artıq düşərgədədir. Futbolçular daha çox texniki-taktiki hazırlıqlarla məşğul olur.

Xəbər xətti